ŞƏXSİ KABİNET

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Dr. Frensis Qarri Azərbaycanda rəsmi səfərdədir

2018-06-06

Cari ilin 5 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunmuş “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminar keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, ÜƏMT-nın baş direktoru cənab Frensis Qarri, Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlesova, MDB Patent Təşkilatlarının rəhbərləri, Universitet rektorları, ETİ-nın rəhbərləri, həmçinin Respublikamızın elm, təhsil, idarə və müəssisələrində əqli mülkiyyət sahəsinə məsul şəxslər, müxtəlif təşkilatları təmsil edən startapçı gənclər 300 nəfər iştirak və çıxış etmişlər.

Konfrans və seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatından, ABŞ, RF, Türkiyə, Fransa, Böyük Britaniya, Yunanıstan, Ukrayna, Polşa, Gürcüstan, Macarıstan, Qazaxıstan, Özbəkistandan  iştirak edən ekspertlərlə yanaşı, yerli ekspertlərimiz də məruzələrlə çıxış etmişlər.

Tədbir çərçivəsində startapçıların eksponatlarından ibarət sərgi təşkil olunmuş və öz yenilikləri barədə qonaqlar qarşısında çıxış edən startapçılar olduqca xoş təəssüratlar yaratmışlar.

Tədbirin sonunda Ümumdünya  Əqli Mülkiyyət Təşkilatı ilə imzalanmış Memorandum çərçivəsində aşağıda qeyd edilən tarixlərdə həyata keçirilmiş:

Modul 1:  14-18 dekabr 2015-ci il tarixində “Əsas təlim metodikaları”,

Modul 2: 19-23  sentyabr 2016-cı il tarixində “Tətbiqi təlim metodikaları”,

Modul 3: 15-19 may 2017-ci il tarixində “Özəl sektor üçün əqli mülkiyyət sahəsində seçilmiş mövzular”,

Modul 4: 19 - 23 fevral 2018-ci il tarixində “Mənşə yeri adları və Coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizə mövzuları üzrə təlimlərin yekunu olaraq, elm, təhsil, gömrük, özəl sektor və  Patent və Əmtəə Nişanları Mərkəzini təmsil edən, ÜƏMT-nın Akademiyası tərəfindən qeydiyyata götürülmüş təlimçi məzunlara sertifikatlar təqdim edilmişdir.


« XƏBƏRLƏR




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by