ŞƏXSİ KABİNET

İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi

2018-04-23

Cari ilin 17 aprel tarixində elm və  texnologiyalar sahəsində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən tətbiqi mümkün sayılan innovasiya  xarakterli  ixtiraların, texnologiyaların yaradılması və Azərbaycanda elmin, sənayenin, təsərrüfatın  aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi məqsədilə, “İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi”nin keçirilməsini təmin etmək üçün yaradılmış Müsabiqə Komissiyasının iclası keçirilmişdir.

İclasda Müsabiqənin Təşkilat Komitəsinə daxil olmuş sənədlərin olduqca potensial əhəmiyyətə malik olduqları xüsusilə vurğulanmış, müzakirəyə çıxarılan məsələlərlə bağlı, Komissiya üzvləri  akademik Abel Məhərrəmov, akademik Dilqəm Tağıyev, akademik Adil Qəribov, professorlardan Rafiq Hüseynov, Mustafa Babanlı, Nurəli Yusifbəyli, Əhəd Canəhmədov, Tariyel Pənahov, Bağır Süleymanov çıxış etmişlər.

Komissiyanın iclasında ixtiraçılıq sahəsində nailiyyətlərə görə "İlin Patenti" nominasiyası üzrə V Respublika Müsabiqəsinin yekununa həsr olunan təntənəli konfransın 26 aprel 2018-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, “Fairmont Baku, Flame Towers” (Mehdi Hüseyn küç. 1A) mehmanxanasının “Nizami Gəncəvi” zalında təşkil olunacağı da bildirdi.


« XƏBƏRLƏR




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by