ŞƏXSİ KABİNET

Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi ilə Çin Xalq Respublikasının Dövlət Əqli Mülkiyyət Ofisi (SIPO) arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub

2018-03-12

Azərbaycan “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi Çin Xalq Respublikasının Dövlət Əqli Mülkiyyət Ofisi (SIPO) ilə Anlaşma Memorandumunun imzalanmasına dair təşəbbüs göstərib.                                                          

Memorandum layihəsində tərəflər arasında əqli mülkiyyət sistemləri, əqli mülkiyyət siyasət və strategiyaları, əqli mülkiyyətlə bağlı qanun və qaydalar və beynəlxalq əqli mülkiyyətə dair əsas məsələlər üzrə son nailiyyətlər barədə məlumat mübadiləsi, bu sahədə yüksək səviyyəli dialoqun təşkil edilməsi, patent ekspertizası da daxil olmaqla əqli mülkiyyət hüquqlarının təmin edilməsi, mühafizəsi, istifadəsi, idarə olunması və xidmətləri üzrə təcrübə mübadiləsi, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, 2016-cı ilin iyul ayında Pekin şəhərində İpək Yolu Ölkələri üçün əqli mülkiyyət üzrə keçirilmiş yüksək səviyyəli konfransda qəbul edilmiş “Əqli Mülkiyyət Sahəsində İpək Yolu Ölkələri arasında Əməkdaşlığın Gücləndirilməsi Üçün Birgə Təşəbbüsə” uyğun olaraq aidiyyəti əməkdaşlıq fəaliyyətinin həyata keçirilməsi və digər məsələlər əksini tapıb.

2016-cı ilin iyul ayında Pekin şəhərində İpək Yolu Ölkələri üçün əqli mülkiyyət üzrə keçirilmiş yüksək səviyyəli konfransda qəbul edilmiş “Əqli mülkiyyət sahəsində İpək Yolu Ölkələri arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə təşəbbüsün” həyata keçirilməsi üçün SIPO tərəfindən cari ilin 17-25 aprel tarixlərində patent ekspertizası üzrə nəzərdə tutulan təlim seminarında Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin nümayəndələri də iştirak edəcək.

Məlumat üçün bildirək ki, 1980-ci ildə yaradılmış SIPO bu gün dünyada və Asiya regionunda fəaliyyət göstərən ən böyük və nüfuzlu patent qurumlarından biridir. Baş qərargahı Pekin şəhərində yerləşən SIPO-nun Çinin digər şəhərlərində də patent ekspertizası aparan regional filialları mövcuddur. SIPO həmçinin ümumdünya patent ekspertizası prosesinin səmərəliliyinin artırılması məqsədilə yaradılmış dünyanın beş ən böyük əqli mülkiyyət ofislərinin birgə fəaliyyət göstərdiyi “Əqli Mülkiyyət 5” (IP5) forumuna daxildir. Avropa Patent Ofisinin başçılıq etdiyi IP5-lik sırasına həmçinin, Yaponiya Patent Ofisi, Koreya Əqli Mülkiyyət Ofisi və ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisi də daxildir.


« XƏBƏRLƏR




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by