ŞƏXSİ KABİNET

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Xəzər Avropa Klubunun (Caspian European Club) birgə təşkilatçılığı ilə Komitə sədri Ramiz Həsənovun sahibkarlarla görüşü

2018-03-06

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığın inkişafının sürətləndirilməsinə yönələn sosial-iqtisadi siyasət, prioritet sənaye və aqrar sahələrin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılması və ixrac imkanlarının gücləndirilməsi çərçivəsində dövlət başçısının tapşırıqlarına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Xəzər Avropa Klubunun (Caspian European Club) birgə təşkilatçılığı ilə Komitə sədri Ramiz Həsənovun sahibkarlarla görüşü keçiriləcək.

Görüşün məqsədi standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırması, istehsal olunan məhsulların keyfiyyəti, təhlükəsizliyi, rəqabət qabiliyyəti və ixrac potensialının yüksəldilməsi, xarici ticarətin daha da liberallaşdırılması, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi məqsədi ilə layihələrin həyata keçirilməsi və digər sahələrdə Komitənin fəaliyyəti barədə müzakirələrin aparılmasıdır.

Görüşdə Komitə rəhbərliyi ilə yanaşı, xarici ölkələrin səfir və nümayəndələri və 100-dək sahibkar iştirak edəcək.

Tədbir 07 mart 2018-ci il tarixində saat 14:30-da Bakı şəhərində “Holiday İnn” otelinin iclas zalında (Keykab Səfərəliyeva küç.15) keçiriləcək.



« XƏBƏRLƏR




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by