ŞƏXSİ KABİNET

"Patent və Əmtəə Nişanlan Mərkəzi" publik hüquqi şəxsin NİZAMNAMƏSİ


1. Ümumi müddəalar

1.1. "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsi (bundan sonra - Mərkəz) 'Standartlaşdırma,   metrologiya,   akkreditasıya   və   patent   hüququ   obyektlərinin   mühafizəsı sahələrində   idarəetmənin   təkmilləşdirilməsi   ilə  bağlı   əlavə   tədbirlər   haqqında"  Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ixtira, faydalı model,  sənaye  nümunəsi,  əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, qanunvericiliyə  uyğun   müvafiq  məlumatların  dərcini  həyata   keçirən,   patent  müvəkkillərinın attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi üçün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən yaradılmış qurumdur.

1.2. Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Komitənin qərarlarını, Komitə sədrinin əmrlərini və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün həmin məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul ola, Komitənin buna dair yazılı razılığı ilə təsərrüfat cəmiyyətləri və hüquqi şəxslər (eləcə də publik hüquqi şəxslər) yarada və ya onlarda ıştirak edə, habelə idarə, filial, mərkəz və nümayəndəliklər yarada bilər.

1.4. Mərkəz publik hüquqi şəxsdir və bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.

1.5. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünü idarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fizikı şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.6. Mərkəz müstəqil balansa, sərəncamında olan əmlakına, banklarda hesablara, habelə xəzinə hesablarına, üzərində öz adı həkk olunmuş gerbli möhürə, müvafiq ştamplara, loqotıpə (emblemə) və blanklara malikdir.

  • Publik hüquqi şəxsin tam adı: "Patent və Əmtəə Nişanlan Mərkəzi" publik hüquqi şəxsidir.
  • Mərkəzin hüquqi ünvanı; AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Mərdanov qardaşları. ev 124

 

2. Mərkəzin fəaliyyət istiqamətləri

2.1.   Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1.1  qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrəfi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparır;

2.1.2.  müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir

2.1.3  qanunvericiliyə uyğun müvafiq məlumatların dərcini həyata keçirir;

2.1.4  patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparır

2.1.5  ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqı mühafizəsindən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirir.

 

3. Mərkəzin hüquq və vəzifələri

3.1. Mərkəz aşağıdakı vəzifələri yеrinə yetirir:

3.1.1  əmtəə nişanları, coğrafi göstəricilər, ixtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsini qanunvericiliyə uyğun olaraq təmin etmək;

3.1.2. qanunvericiliklə müəyyən edilmiş əmtəə nişanı və coğrafi göstərici barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını həyata keçirmək, əmtəə nişanı və coğrafi göstəricinin qeydiyyata alınması və ya qeydiyyata alınmasından imtina barədə qərarlar qəbul etmək, qeydiyyata dair şəhadətnamələr vermək, dövlət reyestrini aparmaq;

  • qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını həyata keçirmək, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyata alınması və ya patent verilməsindən imtina barədə və ya səlahiyyətləri çərçivəsində digər qərarlar qəbul etmək, dövlət reyestrini aparmaq, müvafiq mühafizə sənədlərini vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək;
  • ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici barəsində iddia sənədi və ya qeydə alınmış ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə hüquqların digər şəxslərə verilməsinə dair müqavilələri, onlardan istifadə hüququnun verilməsi ilə bağlı lisenziya müqavilələrini, eləcə də qanunvericiliyə müvafiq olaraq girov müqavilələrini qeydiyyata almaq və onlar barədə məlumatları müvafiq dövlət reyestrinə və mühafizə sənədlərinə daxil etmək, bildirişlər vermək;
  • ixtiranın, faydalı modelin və sənaye nümunəsinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək;

3.1.6    patent   müvəkkillərinin   attestasiyasını   və   qeydiyyatını   aparmaq   və   bu   barədə məlumatları özünün rəsmi internet səhifəsində dərc etmək;

3.1.7   ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri üzrə məlumatlar bankının avtomatlaşdırılmış sistemini yaratmaq və onu mütəmadi təkmilləşdirmək;

  • patent fondunun komplektləşdirilməsi sahəsində zəruri işləri həyata keçirmək;
  • müvafiq müraciətlər əsasında ixtira, faydalı model, sənaye nümunəsinin, əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı, onlarda edilmiş dəyişikliklər və qeydiyyata xitam verilməsi barədə dövlət reyestrindən çıxarışlar vermək;

3.1.10. ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri barədə dövlət reyestrlərinə daxil edilmiş məlumatları dərc etmək;

3.1.11.    ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə ilkinliyin
müəyyən etmək;

3.1.12.    Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun Azərbaycan Respublikası ərazisində qüvvəsinin tanınması məqsədilə Ümumdünya Əqli mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən göndərilən əmtəə nişanları barədə bildirişlərin (iddia sənədlərinin) ekspertizasını aparmaq və ekspertizanın nəticəsində qəbul olunan qərarların beynəlxalq müqavilə şərtlərinə uyğun Beynəlxalq Büroya göndərilməsini təmin etmək;

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun beynəlxalq və regional sistemlər vasitəsilə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nışanı və coğrafı göstəricilərin qorunmasına təminat yaratmaq məqsədilə alan idarə olaraq iddia sənədlərini qəbul etmək və ekspertizasını apardıqdan sonra Avrasiya Patent İdarəsinə və ya Beynəlxalq Büroya göndərilməsini təmin etmək;
  • əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələləri səlahiyyətləri daxilində həll olunmasını təmin etmək;

3.1.15.       kütləvi informasiya vasitələri, sosial şəbəkələr və digər üsullarla öz fəaliyyəti haqqında əhalini məlumatlandırmaq, internet saytını yaratmaq, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinı və bu informasiyanın daimi yenilənməsini təmin etmək;

3.1.16.       əməkdaşlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif təlim və treninqlərin keçirilməsini təmin etmək, müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin əməkdaşlarının
əlavə təhsili üçün tədbirlər görmək;

3.1.17.       öz fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq əlaqələr yaratmaq və əməkdaşlıq etmək, müvafiq sahədə fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.18.  strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək, tədbirlər görmək;

  • Patent müvəkkillərinin etik davranış qaydalarına əməl etməsinə nəzarəti həyata keçirmək;
  • Azərbaycan Respublikasının ərazisində qorunan ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərdən qanunsuz istifadə hallarına, o cümlədən kontrafakt məhsulların dövriyyəsinə qarşı səlahiyyətləri daxilində zəruri tədbirləri həyata keçirmək;
  • fəaliyyəti ilə bağlı daxil olan müraciətləri cavablandırmaq, vətəndaşların qəbulunu həyata keçirmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • dövlət və kommersiya sirrinin qorunması üçün, habelə fəaliyyəti ilə bağlı digər təhlükəsizlik tədbirlərini görmək;
  • fəaliyyəti ilə bağlı arayış və hesabatlar hazırlamaq və Komitəyə təqdim etmək;
  • normativ hüquqi aktlar və Komitə tərəfindən müəyyən edilmiş digər vəzifələrı həyata keçirmək;
  • qanunvericiliklə həvalə olunmuş digər vəzifələri həyata keçirmək.

 

3.2. Mərkəz aşağıdakı hüquqları həyata keçirir:

  • "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə normativ və qeyri-normativ hüquqi aktların layihələrini hazırlamaq və Komitəyə təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;
  • Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə müvafiq tədbirlərin görülməsi üçün Komitəyə təkliflərin verilməsi;
  • dövlət və yerli özünü idarəetmə orqanlarına, fıziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
  • fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək, eləcə də fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün müvafiq beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları əlaqələr yaratmaq

 

3.2.5. fəaliyyət istiqamətləri üzrə təlimlər, seminarlar, elmı-praktıkı konfrans və sımpozıumlar keçirmək, beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək və onların işində iştirak etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.6.  fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

  • göstərilən xidmətlərə görə ödəniş almaq;
  • əmtəə nişanı və coğrafi göstəriciyə dair hüququn, eləcə də patentin qiymətləndirilməsini həyata keçirmək;
  • fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək;
  • müasir texnologiyaların, ixtiraların yaradılmasını stimullaşdırmaq, insan kapitalından istifadəni və sahibkarlıq fəaliyyətini genişləndirmək, eləcə də qanunvericiklə qadağan olunmayan digər məqsədlərlə fondlar yaratmaq, müsabiqələr təşkil etmək;

3 2.11. Mərkəzin tabeliyində "Təlim Mərkəzi" yaratmaq, xüsusi kurslar təşkil etmək, bu sahə üçün tədris planı və proqramlar, metodiki vəsaitlər işləyib hazırlamaq, kursların sonunda dinləyicilərə müvafiq sertifıkat və ya şəhadətnamələrin verilməsini təmin etmək;

  • əmtəələrin mənşə yerı adının və coğrafı göstəricilərin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti orqanlarla birlikdə müvafıq tədbirləri həyata keçirmək;
  • ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafı göstəricilərin yaradılması, qorunması, istifadəsi, kommersiyalaşdırılması ilə bağlı təhlillər, tədqiqatlar aparlmaq, müvafiq təkliflər və tövsiyyələr hazırlamaq məqsədilə tanınmış elm xadimlərı, alimlər, ixtiraçılar, sənaye sahəsi üzrə mütəxəssislərdən, iş adamlarından təşkil olunan Elmi-Texniki Şura yaratmaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilıkdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

4. Mərkəzin idarəetmə orqanları

4.1. Ümumi yığıncaq

  • Mərkəzin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır (bundan sonra- ümumi yığıncaq).
  • Ümumi yığıncağın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:
  • nizamnamənin, ona dəyişikliklərin və strukturu təsdiq etmək;
  • nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
  • inkişaf istiqamətlərinin və strategiyasının müəyyən edilməsi, illik maliyyə hesabatlarının və biznes planının təsdiqi;
  • icra orqanının (təkbaşçı) yaradılması və rəhbərinin, eləcə də struktur bölmələrinin rəhbərinin təyin edilməsi, onun səlahiyyətlərinin-müəyyənləşdirilməsı və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
  • təsərrüfat cəmiyyətlərinin və digər hüquqi şəxslərin (eləcə də publik hüquqi şəxslər) yaradılması və ya onlarda iştiraka razılıq verilməsi, habelə idarə, filial, mərkəz və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
  • xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;
  • publik hüquqi şəxsin fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən zəruri məlumatları almaq;
  • Mərkəzin ştat vahidlərini və işçilərin əmək haqqını müəyyən etmək;
  • publik hüquqi şəxsin ləğvi və yenidən təşkili ilə bağlı təşəbbüs göstərmək;
  • Azərbaycan Respublikası adından Mərkəzin təsisçisi kimi Komitə çıxış edir və bu Nizamnamənin 4.1-ci bəndində müəyyənləşdirilmiş səlahiyyətləri Komitə sədri bilavasitə yerinə yetirir.
  • Mərkəzin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Komitəyə təqdim edilir.

 

4.2. Mərkəzin icra orqanı

4.2.1. Mərkəzi Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş direktor idarə edir. Baş direktor olmadıqda, Mərkəzin cari fəaliyyətinə rəhbərlik Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş direktorun müavin(lər)i tərəfindən həyata keçirilir.

4.2.2. Mərkəzin Baş direktoru:

4.2.2.1.Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir, onun operativ idarə olunmasını həyata keçirir və bu fəaliyyət üçün tam məsuliyyət daşıyır;

4.2.2.2. publik hüquqi şəxsin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünü idarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək;

4.2.2.3. öz səlahiyyəti daxilində publik hüquqi şəxsin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, müvəkkil banklarda publik hüquqi şəxsin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sərəncam vermək.

4.2.2.4.    səlahiyyətləri çərçivəsində Mərkəzin fəaliyyətinə dair işçilər uçun icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;

  • Komitədə qəbul edilmiş qərarların, Komitə sədrinin əmrlərinin vaxtında və lazımı qaydada icra olunmasını təmin etmək;
  • Qanunvericiliyin tələblərinə riayət etməklə Mərkəzin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, maliyyə və vergi hesabatlarını imzalayır, öz səlahiyyəti çərçivəsində qanunvericiliyin tələblərinə riayət etməklə Mərkəzin əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;
  • Mərkəzin işçilərini (Komitə sədri tərəfindən təyin edılən Mərkəzin struktur bölmə rəhbərləri istisna olmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam-tənbeh tədbirlərini görür;
  • Mərkəzin işçiləri ilə əmək müqavilələri və digər müqavilələr bağlayır, işçilərin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;
  • öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək;

4.2.2.10.     Publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək;

  • Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
  • Dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görür;

4.2.2.13.  Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasmı təmin edır.

4.2.2.14. Mərkəzin illik fəaliyyətinin yekunlarma dair hesabat, o cümlədən maliyyə hesabatı, inkışaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq Komitəyə təqdim edir;

4.2.2.15. Bu Nizamnamə və Azərbaycan Respublikasının qanunvericıliyi ilə təsisçinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

 

5. Nizamnamə fondu, əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları

5.1.  Mərkəzin nizamnamə fondu "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun verilən əmlak hesabına formalaşır və 3598648,94 (üç milyon beş yüz doxsan səkkiz min altı yüz qırx səkkiz, 94) manatdır (31940785,02 manat pul, 403863,92 manat əmlak şəklində).

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 nömrəli Fərmanına uyğun verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitlərdən, Fərmanın 4-cü hissəsinə uyğun olaraq, bu Nizamnaməyə uyğun həyata keçrilən fəaliyyətlə əlaqədar əldə etdikləri gəlirlər (o cümlədən aldıqları kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına formalaşır.

5.3. Əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsı qanunvericiliyin tələbləri və bu Nizamnamə ilə müəyyən edilən səlahiyyətləri nəzərə alınmaqla Mərkəzin Baş direktoru tərəfindən həyata keçirilir.

5.4.  Komitə yaratdığı publik hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün publik hüquqi şəxsə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

5.5. Daxilolmalar Fondu bu Nizamnamənin 5.2-ci bəndində nəzərdə tutulan daxil olmalar (Nizamnamə fondu istisna olmaqla) və qanunla qadağan olunmamış digər maliyyə mənbələri hesabına formalaşır, fəaliyyət istiqamətləri üzrə investisiyaların qoyulması və ödənişlərin həyata keçirilməsi məqsədi ilə istifadə edilir.

  • Mərkəz mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
  • Mərkəzin əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarınm həyata keçirilməsi qaydası qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilir.

5.8.     Mərkəzin əmlakı bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün istifadə edılə bilməz.

  • Maliyyə ilinin sonuna Mərkəzin hesabında qalan vəsait növbəti itin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
  • Mərkəz öz fəaliyyətinin nəticələrinin qanunvericiliyə uyğun uçotunu aparır.

 

6. Mərkəzin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması 

Mərkəz fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılmasını mütəmadi qaydada həvata keçirir.

 

7. Mərkəzin ləğv və yenidəntən təşkili 

Hüquqi şəxsin ləğvi və yenidən təşkili Komitə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by