ŞƏXSİ KABİNET

Beynəlxalq qeydiyyat sistemləri


Sənaye mülkiyyəti obyektlərinin beynəlxalq qeydiyyatını nəzərdə tutan bir sıra beynəlxalq müqavilələr mövcuddur. Azərbaycan Respublikası “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişi və ona Protokol, “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktı və “Patent kooperasiyası haqqında” Müqavilənin üzvüdür.

Yuxarıda göstərilmiş qeydiyyat sistemləri fiziki və hüquqi şəxslər üçün bir neçə və ya bütün üzv ölkələrin ərazisində vahid ərizə əsasında müvafiq sahədə sənaye mülkiyyəti obyektlərinin beynəlxalq qeydiyyatını həyata keçirmək imkanı yaradır.

2 oktyabr 2006-cı il tarixdə “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna qoşulmaq barəsində Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Fiziki və hüquqi şəxslər Madrid sistemi əsasında nişanların beynəlxalq qeydiyyatını aparmaq üçün beynəlxalq ərizə ilə müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/madrid/en/

22 iyun 2010-cu il tarixdə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər Haaqa sistemi əsasında sənaye nümunələrinin beynəlxalq qeydiyyatını aparmaq üçün beynəlxalq ərizə ilə müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/hague/en/

Həmçinin 14 sentyabr 1995-ci il tarixdən Azərbaycan Respublikası “Patent kooperasiyası haqqında” Müqaviləyə qoşulmuşdur. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər ixtiraların beynəlxalq qeydiyyatı üçün patent ərizəsi ilə müraciət edə bilər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/pct/en/

International registration systems

There are several international treaties establishing international registration system for industrial property objects. The Republic of Azerbaijan is the member of the treaties on “International Registration of Marks under the Madrid Agreement and the Madrid Protocol”, the“1999 Geneva Act of the Hague Agreement Concerning the International Registration of Industrial Designs (“Hague Agreement”)” and the “Patent Cooperation Treaty”.

Above-mentioned treaties create opportunity for individuals and legal entities to register industrial property objects outside of the territory of the Republic of Azerbaijan, as well as to obtain protection in the territory of several or all member states in one single application.

On 2 October 2006 there was adopted Law of the Republic of Azerbaijan on joining to the Protocol relating to the Madrid Agreement Concerning the International Registration of Marks. Individuals and legal entities in Azerbaijan can file an international application under the Madrid System for international registration of marks. For more comprehensive information, go to: http://www.wipo.int/madrid/en/

There was adopted Law of the Republic of Azerbaijan on joining to the Geneva (1999) Act of the Hague Agreement Concerning the International registration of Industrial Designs on 22 June 2010. Any individual or legal entity in Azerbaijan can file an international application under the Hague System for international registration of industrial designs. For more comprehensive information, go to: http://www.wipo.int/hague/en/

 

The Republic of Azerbaijan joined to the “Patent Cooperation Treaty” from the date of 14 September 1995. Individuals and legal entities in Azerbaijan can file a patent application under the PCT System for international registration of inventions. For more comprehensive information, go to: http://www.wipo.int/pct/en/

 

 

Hazırladı colart


Mərkəz haqqında

Əmtəə və xidmətlərin beynəlxalq təsnifati



Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71   FAX: 594-37-75
2017 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by