ŞƏXSİ KABİNET

Əmtəə və xidmətlərin beynəlxalq təsnifati (ƏXBT 9)


01-ci sinif
Sənayedə, elmidə məqsədlərdə, fotoqrafiyada, kənd təsərrüfatında, bağçılıqda və meşəçilikdə istifadə üçün nəzərdə tutulan kimyəvi məhsullar;
emal olunmamış sintetik qatranlar, emal olunmamış plastik materiallar;
gübrələr;
od söndürmək üçün tərkiblər; metalların tavlanması və lehimlənməsi üçün preparatlar; ərzaq məhsullarının konservləşdirilməsi üçün preparatlar;
aşı maddələri;
sənaye məqsədləri üçün yapışqan maddələr.

02-ci sinif
Boya, əlif yağları, laklar;
metalları korroziyadan və ağacı xarab olmaqdan mühafizə edən qoruyucu vasitələr;
boyaq maddələri;
aşılayıcı maddələr;
emal olunmamış təbii qatranlar;
bədii-dekorativ məqsədlər  və bədii mətbuat üçün istifadə edilən təbəqə və tozvari metallar.

03-cü sinif
Ağartma üçün preparatlar və yuma üçün digər maddələr; təmizləmə, cilalama, yağsızlaşdırma və abraziv emal üçün preparatlar; sabunlar; ətriyyat məmulatları, efir yağları, kosmetika, saç üçün losyonlar; diş tozları və  pastaları.

04-cü sinif
Texniki yağlar və sürtkülər;
sürtkü materialları;
tozu udmaq, islatmaq və birləşdirmək üçün tərkiblər;
yanacaqlar (o cümlədən, benzinlər) və işıqlandırıcı materiallar;
fitillər və işıqlandırma üçün şamlar.

05-ci sinif
Əczaçılıq,baytarlıq və gigiena preparatları
tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası;
plastırlar, sarğı materialları;
dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar;
dezinfeksiyaedici vasitələr;
ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər. 

06-cı sinif
Adi metallar və onların xəlitələri;
metal tikinti materialları;
səyyar metal konstruksiyalar və tikililər;
dəmir yolları üçün metal materiallar;
metal troslar və məftillər (qeyri-elektrik);
dəmir və qıfıl məmulatları;
metal borular;
seyflər;
digər siniflərə aid edilməyən adi metallardan məmulatlar;
filizlər.

07-ci sinif
Maşınlar və dəzgahlar; mühərriklər (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla); birləşmələr və ötürmə elementləri (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla); əl ilə idarə edilən alətlərdən başqa, kənd təsərrüfatı  alətləri; inkubatorlar.

08-ci sinif
Əl vasitələri və alətlər;
bıçaq məmulatları, çəngəllər və qaşıqlar;
soyuq silah;
ülgüclər.

09-cu sinif 
Elmi, dəniz, geodeziya, fotoqrafiya, kinematoqrafiya, optika, çəkmə, ölçmə, siqnalizasiya, nəzarət (yoxlama), xilas etmə və tədris üçün cihaz və alətlər;  elektrikin ötürülməsi,  paylanması,  transformasiyası,  toplanması, tənzimlənməsi və ya  idarə edilməsi üçün   cihaz  və  alərlər; səsin  və  ya  təsvirin  yazılması,  ötürülməsi,  canlandırılması   üçün aparatura; məlumatın maqnit daşıyıcıları, səsyazma diskləri; ticarət avtomatları və ilkin ödənişli aparatlar üçün mexanizmlər;
kassa aparatları, hesablayıcı maşınlar, məlumatları işləmək üçün avadanlıq və kompüterlər; od söndürmək üçün avadanlıq.

10-cu sinif 
Cərrahiyyə, tibbi, stomatoloji və baytarlıq cihaz və alətləri; 
ətrafların protezləri, göz və diş protezləri;
ortopedik məmulatlar;
tikiş qoymaq üçün materiallar.

11-ci sinif
İşıqlandırma, qızdırma, buxar əldə etmə, ərzaq məhsullarının isti emalı üçün, soyutma, qurutma, ventilyasiya etmə üçün, su bölüşdürücü və sanitar-texniki qurğular.

12-ci sinif 
Nəqliyyat vasitələri; quruda, suda və havada yerini dəyişən aparatlar.

13-cü sinif 
Odlu silah;
döyüş sursatı və mərmilər;
partlayıcı maddələr;
fişənglər.

14-cu sinif
Nəcib metallar və onların xəlitələri, onlardan digər siniflərə aid edilməyən məmulatlar və ya örtülər;
zərgərlik məmulatları, bjuteriya, qiymətli daş-qaşlar;
saatlar və digər xronometrik cihazlar.

15-ci sinif 
Musiqi alətləri.

16-cı sinif
Kağız, karton və onlardan digər siniflərə aid edilməyən məmulatlar; çap məhsulları;
cildləmə işləri üçün materiallar; fotoşəkillər; yazı kağızı malları; dəftərxana və məişət məqsədləri üçün yapışqan maddələr; rəssamlar üçün ləvazimatllar; fırçalar; yazı makinaları və kontor ləvazimatları (mebel istisna edilməklə); tədris materialları və əyanı vəsaitlər (aparatlar istisna olmaqla); qablaşdırma üçün plastik kütlədən qayırılmış materiallar (digər siniflərə aid edilməyən); şriftlər; mətbəə klişesi.

17-ci sinif 
Kauçuk, rezin, quttaperça, asbest, slyuda və bu materiallardan digər siniflərə aid edilməyən məmulatlar;
qismən e’mal olunmuş plastik kütlələrdən məmulatlar;
kəpitkələmə, sıxlaşdırma və izolyasiya üçün materiallar;
qeyri-metal elastik borular.

18-ci sinif
Dəri və onun əvəzediciləri, onlardan digər siniflərə aid edilməyən  məmulatlar; 
heyvan dəriləri;
yol sandıqları, çamadanlar;
yağış və gün çətirləri, əsalar;
qırmanclar, qamçılar, at yəhər-qayışı və sərraclıq malları.

19-cu sinif 
Qeyri-metal tikinti materialları; tikinti məqsədləri üçün qeyri-metal sərt borular;
asfalt, qatranlar və bitum; qeyri-metal səyyar konstruksiyalar və tikililər; qeyri –metal abidələr.

20-ci sinif 
Mebel, güzgülər, şəkillər üçün çərçivələr; ağacdan, mantardan, qamışdan, qarğıdan, söyüddən, buynuzdan, sümükdən, fil sümüyündən, balina bığından, tısbağaların qınından, balıqqulaqlarından, kəhrabadan, sədəfdən, dəniz penkasından, bu materialların əvəzediciləindən və ya plastik kütlələrdən digər siniflərə aid edilməyən məmulatlar.

21-ci sinif 
Ev və ya mətbəx əşyaları və qab-qacaq;
daraqlar və süngərlər;
şotkalar (fırçalar istisna olmaqla);
şotka məmulatları üçün materiallar;
təmizlik və yır-yığış üçün tərtibatlar;
metal liflər;
emal olunmamış və ya qismən emal olunmuş şüşə (tikinti şüşəsi istisna olmaqla);
şüşə, çini və saxsıdan digər siniflərə aid edilməyən məmulatlar.

22-ci sinif
Digər siniflərə aid edilməyən kanatlar, kəndirlər, ciyələr, torlar, çadırlar, talvarlar, brezentlər, yelkənlər və kisələr;
doldurma materialları (rezin və plastik materiallardan olanlar istisna olunmaqla); toxuculuq lifti üçün xammal.

23-cü sinif
Toxuculuq sapları və iplik.

24-cü sinif :
Digər siniflərə aid edilməyən parçalar və toxuculuq məmulatları; ədyallar, örtüklər və süfrələr.

25-ci sinif 
Geyim, ayaqqabı və baş geyimləri.

26-cı sinif 
Krujeva və tikməli məmulatlar, tesma və lentlər;
düymələr, basmadüymələr, qarmaqlar və qarqaralar, sancaqlar və iynələr;
süni güllər.

27-ci sinif
Xalçalar, həsirlər, ayaqaltılar, linoleum və döşəmə üçün digər örtüklər;
toxuma olmayan divar kağızları və üzlük materiallar.

28-ci sinif
Oyunlar, oyuncaqlar;
digər siniflərə aid edilməyən gimnastika və idman malları;
yolka bəzəkləri.

29-cu sinif
Ət, balıq, quş və ov quşu əti; ət ekstraktları;konservləşdirilmiş, qurudulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr; jele, mürəbbə, kompotlar; yumurta, süd və süd məhsulları; qida yağları və piyləri.                                                                                

30-cu sinif
Qəhvə, çay, kakao, qənd, düyü, tapioka (manioka), saqo, qəhvə əvəzediciləri; un və taxıl məhsulları, çörək-bulka məmulatları, qənnadı məmulatları, dondurma; bal, patokadan sirop; maya, çörəkçilik tozları; duz, xardal; sirkə, souslar; ədviyyatlar; qida buzu.

31-ci sinif
Digər siniflərə aid edilməyən kənd təsərrüfatı, bağ-bostan, meşə və taxıl məhsulları;
diri heyvanlar;
təzə meyvələr və tərəvəzlər; toxumlar, canlı bitkilər və güllər;
heyvanlar üçün yemlər; 
səməni.

32-ci sinif
Pivə;
mineral və qazlı sular və digər alkoqolsuz içkilər;
meyvəli içkilər və meyvə şirələri;
siroplar və içkilərin  hazırlanması üçün digər tərkiblər.

33-cü sinif
Alkoqollu içkilər (pivə istisna olmaqla).

34-cü sinif
Tütün;
papiros çəkmək üçün ləvazimatlar;
kibrit.


XİDMƏTLƏR

 

35-ci sinif: Reklam; biznes sahəsində menecment;biznes sahəsində inzibati fəaliyyət;ofis xidməti.

36-cı sinif
Sığortalama;
maliyyə fəaliyyəti;
kredit-pul əməliyyatları;
daşınmaz əmlaka dair əməliyyatlar.

37-ci sinif
İnşaat;
təmir;
avadanlığın quraşdırılması.

38-ci sinif
Telekommunikasiyalar.

39-cu sinif
Nəql etmə; malların qablaşdırılması və saxlanması; səyahətlərin təşkili.

40-cı sinif
Materialların emalı.

41-ci sinif
Tərbiyə etmə;
tədris prosesinin təmin edilməsi;
əyləncələr;
idman və mədəni-maarif tədbirlərinin təşkili.

42-ci sinif
Elmi və texnoloji xidmətlər və onlara aid olan elmi tədqiqatlar və işləmələr;
sənaye analizi və elmi tədqiqatlar üzrə  xidmətlər;
kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi.

43-cü sinif
Ərzaq məhsulları və içkilərlə təmin etmə üzrə xidmətlər;
müvəqqəti yaşayışın təmin edilməsi.

44-cü sinif
Tibbi xidmətlər;
baytarlıq xidmətləri;
insanlar və heyvanlar üçün gigiyena və kosmetika sahəsində xidmətlər;
kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsində xidmətlər.

45-ci sinif 
Hüquqi xidmətlər;
əmlakın və fərdi şəxslərin müdafiəsi üçün təhlükəsizlik xidmətləri;
fərdi şəxslərin tələbatlarının təmin edilməsi üçün başqaları tərəfindən göstərilən şəxsi və sosial xidmətlər.




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by