ŞƏXSİ KABİNET

Coğrafi göstəricinin qeydə alınması ilə bağlı iddia sənədinin verilməsi qaydası


Coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədi iddiacı tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik) təqdim edilir.
İddiaçı Agentliyə iddia sənədini aşağıdakı qaydada verə bilər:
- bilavasitə;
- Agentliyə qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər Agentliyə iddia sənədini yalnız patent müvəkkilləri vasitəsilə verirlər.
İddia sənədi ərizədən (xüsusi forma) və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir coğrafi göstəriciyə aid olmalıdır.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakilar göstərilməlidir:
- iddiacının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
- iddia edilən coğrafi göstəricinin şəkli;
- coğrafi göstəricinin aid ediləcəyi əmtəənin və ya xidmətin adı;
- əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;
- əmtəənin xüsusiyyətlərinin təsviri.
Ərizəyə aşağıdakılar qoşulur:
- dövlət rüsumunun ödənildiyini təstiq edən sənəd;
- iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təstiq edən sənəd;
- kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri;
- zəruri halda əmtəə nişanının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təstiq edən sənəd;
- iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənəd və rəy;
- əmtəənin mənşə ölkəsində iddiaçının iddia etdiyi coğrafi göstəricini təstiq edən sənəd.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.
Coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası müəyyənləşdirmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla Agentlik tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş dövlət rüsumu ödəyərək öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və ona düzəliş edə bilər.

İDDİA SƏNƏDİNİN GERİ GÖTÜRÜLMƏSİ

Coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.

İLKİN EKSPERTİZA

Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq ücün qəbul və ya rədd edildiyi iddiaçıya bildirir.

COĞRAFİ GÖSTƏRİCİLƏRİN EKSPERTİZASI

Coğrafi göstəricilərin ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.






Ünvan: Bakı şəhəri, AZ 1078, Nəsimi rayonu, Mərdanov qardaşları., 124
Telefon: 449-99-59;  449-62-71;  449-62-73

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi