ŞƏXSİ KABİNET

Təlim mərkəzi


Azərbaycanın  Patent və Əmtəə Nişanları Mərkəzinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi Patent sistemində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının artırılmasını, habelə Əqli Mülkiyyət sahələrinə dair elmi tədqiqatların aparılmasını təmin edən ixtisasartırma və yenidən hazırlanma statusunu daşıyır.

             Təlim Mərkəzi:

             Beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə biliklərinin artırılması ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsini təmin edir;

Əqli mülkiyyət sahəsi üzrə mütəxəssis təcrübəkeçmə və ixtisasartırma tələblərinin ödənilməsi, yenidən hazırlanması məqsədilə təlim-tədris proqramları hazırlayır, onları yüksək səviyyədə, mövcud norma və qaydalara tam əməl edilməsi şərti ilə tədris edir, normativ hüquqi aktların, normativ-metodik sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;

          Qruplar yaradır, təlimlər, kurslar, konfranslar, dəyirmi masalar, görüşlər, treninqlər və s. təşkil edir, təlim-tədris proqramlarının dinləyicilər tərəfindən dərindən və hərtərəfli mənimsənilməsi üçün zəruri tədbirlər görür, bacarıqlı və praktiki hazırlıqlı kadrlar formalaşdırır;

          Təlimlərin keyfiyyətini daim yaxşılaşdırmaq, əldə edilən bilikləri praktiki məsələlərin həllinə istiqamətləndirir;

           Patent və Əmtəə Nişanları Mərkəzinin strukturlarının əməkdaşlarının peşə biliklərinin təkmilləşdirilməsi, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması işini təşkil edir və həyata keçirir;

           Fəaliyyət istiqamətlərinə uyğun rəylər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır, iclaslar, konfranslar, seminarlar təşkil edir, tədris-metodiki və məsləhət yönümlü dərs vəsaitləri hazırlayır və nəşr edir;

         Tədrisin yekunlarına görə dinləyicilərin əldə etdikləri bilikləri və işgüzar keyfiyyətləri qiymətləndirmək məqsədilə iştirakçı dinləyiciləri müvafiq sənədlərlə (diplomlar, sertifikatlar, şəhadətnamələr, vəsiqələr və s.) təmin edir və verilmiş sənədlərin uçotunu aparır;

         Qanunvericiliklə müəyyən olunmuş qaydada və fəaliyyət istiqamətləri üzrə respublikada və xarici dövlətlərdə olan elmi-tədqiqat və tədris müəssisələri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, təcrübə və kadr hazırlığı mübadiləsi aparır, müvafiq layihələrin həyata keçirilməsində iştirak edir;

         Tədris prosesinə alimlər, xarici və yerli elm və təhsil müəssisələrindən mütəxəssislər cəlb edir, onların iştirakı ilə seminarlar, konfranslar və başqa işgüzar görüşlər təşkil edir;

Fəaliyyət   istiqamətlərinə   uyğun  digər  dövlətlərin  qabaqcıl  təcrübəsini  öyrənmək, onun  tətbiqi  sahəsində  fəaliyyəti  həyata  keçirmək  və  TM fəaliyyətinin

təkmilləşdirilməsi  istiqamətində Patent və Əmtəə Nişanları Mərkəzinin rəhbərliyinə  təkliflər  verir;

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq və yerli əhəmiyyəti regional seminarların, elmi-praktiki konfransların və tədbirlərin hazırlanmasını, Mərkəzdə idarə, təşkilat və müəssisə rəhbərləri, Patent sahəsində çalışan mütəxəssislərlə, həmçinin ixtiraçılarla görüşlərin işlənilib həyata keçirilməsini təşkil edir;   

Sahibkarların, Əqli  Mülkiyyət sahiblərinin  maarifləndirilməsi, onların hüquqi, iqtisadi və informasiya texnologiyalarından və resurslarından istifadə sahələrində, biliklərinin  artırılması ilə bağlı  treninqlərin,  seminarların  və s. köməkliklər  göstərilməsi məqsədilə reklamlardan, auksionlardan və sərgilərdən geniş istifadə edilir;

ÜƏMT ilə Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Əqli Mülkiyyət Akademiyasının müəllimləri üçün təşkil olunan Əqli Mülkiyyətin müxtəlif sahələrini əhatə edən təlim metodikaları proqramları çərçivəsində təlimlərin işlənilib həyata keçirilməsini təmin edir, ÜƏMT Akademiyası tərəfindən Əqli Mülkiyyət sahəsində təşkil olunan distant kurslara idarə, təşkilat və müəssisələrdən dinləyicilər cəlb edir, təqdim olunan sənədləri komplektləşdirir və ÜƏMT Akademiyasına təqdim edir;

Təlim Mərkəzi ilə əqli mülkiyyət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması, müntəzəm professional əlaqələrin möhkəmləndirilməsi, elmi, texniki və əqli potensialdan səmərəli istifadə edilməsi istiqamətləri, uzun müddətli etibarlı əlaqə və birgə faydalı əməkdaşlıq haqqında həmkar təşkilatlarla beynəlxalq Sazişlərin hazırlanması və imzalanmasında iştirak edir.




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by