ŞƏXSİ KABİNET

Əmtəə və xidmətlərin beynəlxalq təsnifati



ƏMTƏƏ VƏ XİDMƏTLƏRİN

BEYNƏLXALQ TƏSNİFATI (ƏXBT 10)

ƏMTƏƏ VƏ XİDMƏTLƏRİN SİNİFLƏRİNİN İZAHLI SİYAHISI


Ə M T Ə Ə L Ə R

 

01-ci sinif

Sənaye, elmi məqsədlərdə, fotoqrafiyada, kənd təsərrüfatında, bağçılıqda və meşəçilikdə istifadə üçün nəzərdə tutulan kimyəvi məhsullar;

emal olunmamış sintetik qatranlar, emal olunmamış plastik materiallar;

gübrələr;

od söndürmək üçün tərkiblər;

metalların tavlanması və lehimlənməsi üçün preparatlar;

ərzaq məhsullarının konservləşdirilməsi üçün preparatlar;

aşı maddələri;

sənaye məqsədləri üçün yapışqan maddələr.

İzahı

Sinfə, əsasən sənaye, elmi məqsədlər və kənd təsərrüfatında istifadəsi nəzərdə tutulan, o cümlədən digər siniflərə aid olan əmtəələrin tərkibinə daxil olan kimyəvi məhsullar daxildir.

Sinfə əsasən aiddir:

- kompost (müxtəlif qatışıqlardan hazırlanan üzvi gübrə)

- konservasiya üçün duz (qida duzu istisna olmaqla )

- yeyinti sənayesi üçün bəzi əlavələr.

Sinfə əsasən aid deyildir:

- emal olunmamış təbii qatranlar (02-ci sinif)

- əczaçılıqda istifadə edilən kimyəvi məhsullar (05-ci sinif)

- fungisidlər, herbisidlər və ziyanverici heyvanları məhv etmək üçün preparatlar       

(05-ci sinif)

- dəftərxana və məişət məqsədləri üçün yapışqan maddələr (16-cı sinif)

- qida məhsullarının hazırlanması üçün duz (30-cu sinif)

- mulçalamaq üçün xammal (31-ci sinif)

 

02-ci sinif

Boyalar, əlif yağları, laklar;

metalları korroziyadan və ağacı xarab olmaqdan mühafizə edən qoruyucu vasitələr;

boyaq maddələri;

yeyici maddələr;

emal olunmamış təbii qatranlar;

bədii-dekorativ məqsədlər  və bədii mətbuat üçün istifadə edilən təbəqə və tozvari metallar.

İzahı

Sinfə, əsasən korroziyaya qarşı boyalar, boyaq maddələri və qoruyucu vasitələr daxildir.

Sinfə əsasən aiddir: 

- dekorativ-tətbiqi incəsənət, sənaye məqsədləri üçün boyalar, laklar, əliflər; 

- paltarlar üçün boya maddələri;

- qida məhsulları və ya içkilər üçün boya maddələri.

Sinfə əsasən aid deyildir:

- emal olunmamış süni qatranlar (01-ci sinif);

- yuma və paltarların ağardılması üçün boya maddələri (03-cü sinif);

- kosmetik boyalar (03-cü sinif);

- qutularda boyalar (məktəb ləvazimatları) (16-cı sinif);

- izolyasiya üçün boyalar və laklar (17-ci sinif).

03-cü sinif

Ağartma üçün preparatlar və yuma üçün digər maddələr;

təmizləmə, cilalama, yağsızlaşdırma və abraziv emal üçün preparatlar;

sabunlar;

ətriyyat məmulatları, efir yağları, kosmetika, saç üçün losyonlar;

diş tozları və pastaları.

İzahı

Sinfə, əsasən təmizləmə üçün preparatlar və  ətriyyat-kosmetika malları daxildir.

Sinfə əsasən aiddir:

- dezodorantlar (ətirlər);

- hava təravətləndirici preparatlar;

- kosmetik mallar kateqoriyasına aid olan gigiyenik məqsədlər üçün preparatlar.

Sinfə əsasən aid deyildir: 

- bacaların təmizlənməsi üçün kimyəvi preparatlar (01-ci sinif)

- sənaye məqsədləri üçün nəzərdə tutulan yağsızlaşdırma preparatları (01-ci sinif);

- havatəmizləyici maddələr (05-ci sinif);

- itiləyici daşlar və halqalar (əl alətləri) (08-ci sinif).

04-cü sinif

Texniki yağlar və sürtkülər;

sürtkü materialları;

tozu udmaq, islatmaq və birləşdirmək üçün tərkiblər;

yanacaqlar (o cümlədən, motor benzinləri) və işıqlandırıcı materiallar;

fitillər və işıqlandırma üçün şamlar.

İzahı

Sinfə, əsaəsn texniki yağlar və sürtkülər, yanacaqlar və işıqlandırıcı materiallar daxildir.

Sinfə əsasən aid deyildir:

- bəzi xüsusi texniki yağlar və sürtkü maddələri.

 

05-ci sinif

Əczaçılıq və baytarlıq preparatları;

tibbi məqsədlər üçün gigiena preparatları;

tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası;

insanlar və heyvanlar üçün qida əlavələri;

plastırlar, sarğı materialları;

dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar;

dezinfeksiyaedici vasitələr;

ziyanverici heyvanları məhv etmək üçün preparatlar;

fungisidlər, herbisidlər. 

İzahı

Sinfə, əsasən tibbi və ya baytarlıq məqsədləri üçün istifadə edilən əczaçılıq preparatları və digər preparatlar daxildir.

Sinfə əsasən aiddir: 

 - şəxsi gigiyena üçün gigiyenik preparatlar, tualet ləvazimatları istisna olmaqla;

- uşaqlar və sidik saxlamazlığı ilə əziyyət çəkən şəxslər üçün bezlər;

- dezodorantlar, insanlar və heyvanlar üçün nəzərdə tutulanlar istisna olmaqla;

- qida əlavələri, həmçinin sağlamlıq məqsədləri və ya adi qida rasionuna əlavə qismində istifadə olunan diyetik əlavələr;

- tibbi və baytarlıq məqsədləri üçün istifadə olunan qida əvəzediciləri, diyetik məhsullar və içkilər;

- tibbi məqsədlər üçün tütünsüz siqaretlər.

Sinfə əsasən aid deyildir:

 - ətriyyat və kosmetik mallar kateqoriyasına aid olan qiqiyenik preparatlar (03-cü sinif);

- insanlar və heyvanlar üçün dezodorantlar (ətriyyat) (03-cü sinif);

- ortopedik sarğılar (10-cu sinif);

- tibbi və baytarlıq məqsədləri üçün nəzərdə tutulmayan qida əvəzediciləri, pəhriz məhsulları və içkiləri (29,30,31,32 və 33-cü siniflər).

 

06-cı sinif

Adi metallar və onların xəlitələri;

metal tikinti materialları;

səyyar metal konstruksiyalar və tikililər;

dəmir yolları üçün metal materiallar; metal troslar və məftillər (qeyri-elektrik);

dəmir və qıfıl məmulatları;

metal borular;

seyflər;

digər siniflərə aid edilməyən adi metallardan məmulatlar;

filizlər.

İzahı

Sinfə, əsasən emal olunmamış və qismən emal olunmuş adi metallar və onlardan olan məmulatlar daxildir.

Sinfə əsasən aid deyildir:

 - boksitlər (01-ci sinif);

- civə, sürmə, qələvi və qələvi-torpaq metalları (01-ci sinif);

- bədii-dekorativ və bədii-mətbuatda işlədilən təbəqə və tozvari metallar (02-ci sinif);

- funksiyası və təyinatına görə təsnif edilən adi metallardan olan bəzi məhsullar.

 

07-ci sinif

Maşınlar və dəzgahlar;

mühərriklər (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla);

birləşmələr və ötürmə elementləri (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla);

əl ilə idarə edilən alətlərdən başqa, kənd təsərrüfatı  alətləri;

inkubatorlar;

ticarət avtomatları.

İzahı

Sinfə əsasən maşınlar, mühərriklər və dəzgahlar daxildir.

Sinfə əsasən aiddir:

 - mühərrik hissələri (bütün növlər);

- təmizləmə üçün elektrik maşınları və aparatlar.

Sinfə əsasən aid deyildir:

- bəzi xüsusi maşın və dəzgahlar;

- əl vasitələri və alətləri (08-ci sinif);

- yerüstü nəqliyyat vasitələri üçün mühərriklər (12-ci sinif).

 

08-ci sinif

Əl vasitələri və alətlər;

bıçaq məmulatları, çəngəllər və qaşıqlar;

soyuq silah;

ülgüclər.

İzahı

Sinfə, əsasən əmək aləti kimi müvafiq peşələrdə istifadə edilən əl alətləri daxildir.

Sinfə əsasən aiddir:

- nəcib metallardan ibarət bıçaq məmulatları, çəngəllər və qaşıqlar;

- Saç və dırnaq kəsimi üçün elektrik ülgüclər, elektrik əl maşınları.

Sinfə əsasən aid deyildir:

- xüsusi təyinatlı bəzi alətlər;

- mühərriklə hərəkətə gətirilən alət və vasitələr  (07-ci sinif)

- kəsici cərrahiyyə alətləri (10-cu sinif)

- əl atıcılıq silahı (13-cü sinif)

- kağızı kəsmək üçün bıçaqlar (16-cı sinif)

- qılıncoynatma üçün silah ( 28-ci sinif)

 

09-cu sinif

Elmi məqsədlər, dəniz, geodeziya, fotoqrafiya, kinematoqrafiya, optika, çəkmə, ölçmə, siqnalizasiya, nəzarət (yoxlama), xilasetmə və tədris üçün cihaz və alətlər;

elektrikin ötürülməsi, paylanması, transformasiyası, toplanması, tənzimlənməsi və ya  idarə edilməsi üçün cihaz və alərlər;

səsin və ya təsvirin yazılması, ötürülməsi, canlandırılması üçün aparatura;

məlumatın maqnit daşıyıcıları, səsyazma diskləri;

kompakt disklər, DVD və digər rəqəmsal məlumat daşıyıcıları;

ilkin ödənişli aparatlar üçün mexanizmlər;

kassa aparatları, hesablayıcı maşınlar, məlumatları işləmək üçün avadanlıq və kompüterlər;

proqram təminatı;

od söndürmək üçün avadanlıq.

İzahı

Sinfə əsasən aiddir:

- laboratoriya elmi araşdırmaları üçün cihazlar və alətlər;

- gəmilərin idarə edilməsi, ölçmələrin və komandaların verilməsi üçün cihaz və alətlər;

- transportirlər;

- perfokartlardan istifadə etməklə dəftərxana ava­danlıqları;

- Yaddaş daşıyıcısı və yayılma üsulundan asılı olmayaraq kompüter proqramları və proqram təminatı, yəni xarici kompüter şəbəkəsindən yüklənmiş və ya maqnit daşıyıcısına yazılmış proqram təminatı.

Sinfə əsasən aid deyildir:

- aşağıda göstərilən elektrik cihazları və alətlər:

(a) elektromexaniki mətbəx cihazları (də­yir­man­lar (üyüdücülər), qida məhsulları üçün qarışdırıcılar (mikserlər), şirə­çəkənlər, elektrik qəhvəüyüdənləri və s.) və 7-ci sinifə aid olan elek­t­rik mühərrikinin ötürücüsü ilə birgə bəzi digər cihaz və alətlər;

(b) müxtəlif növ yanacaqların doldurulması və paylanması üçün aparatlar (07-ci sinif);

(c) Saç və dırnaq kəsimi üçün elektrik ülgüclər, elektrik əl maşınları və ütülər (08-ci sinif);

(d) qida məh­sul­larının istiliklə emalı, otaqların isidilməsi, havalandırılması, yaxud suların qızdırılması üçün elektrik cihazlar (11-ci sinif);

(e) elektrik diş fırçaları və elektrik daraqlar ( 21-ci sinif);

- saatlar və digər xronometrik cihazlar (14-cü sinif);

- nəzarət saatları (14-cü sinif)

- Xarici ekran və monitorlardan  istifadə etməklə əyləncə və oyunlar üçün qurğular (28-ci sinif).

10-ci sinif

Cərrahi, tibbi, stomatoloji və bayratlıq cihaz və alətləri; 

ətrafların protezləri, göz və diş protezləri;

ortopedik məmulatlar;

tikiş qoymaq üçün materiallar.

İzahı

Sinfə əsasən tibbi cihazlar, alətlər və məmulatlar daxildir.

Sinfə əsasən aiddir:

- tibbi məqsədlər üçün xüsusi mebel;

- gigiyenik rezin məmulatlarının bəzi elementləri;

- ortopedik sarğılar.

 

11-ci sinif

İşıqlandırma, qızdırma, buxar əldəetmə, qida məhsullarının istiliklə emalı, soyutma, qurutma, havalandırma, su bölüşdürücü və sanitar-texniki qurğular.

İzahı

Sinfə əsasən aiddir:

 - havanın kondisiyalaşdırılması üçün qurğular;

- yataq üçün qızdırıcılar, su qaynadanlar, elektrik və qeyri-elektrik qızdırıcılar;

- qızdırıcılı yorğan və balışlar (tibbi məqsədlər üçün istifadə edilənlər istisna olmaqla);

- elektrik çaydanları;

- qida məhsullarının elektroistiliklə emalı üçün tutumlar.

Sinfə əsasən aid deyildir:

 - buxar əldə etmək üçün qurğular (maşın hissələri) (07-ci sinif);

- elektroqızdırıcılı geyim (09-cu sinif).

 

12-ci sinif

Nəqliyyat vasitələri;

quruda, suda və havada yerini dəyişən aparatlar.

İzahı

Sinfə əsasən aiddir:

 - yerüstü nəqliyyat üçün mühərriklər;

- yerüstü nəqliyyat vasitələri üçün mufta və sürət qutusu elementləri;

- hava yastığı üzərində nəqliyyat vasitələri.

Sinfə əsasən aid deyildir:

 - daşınma üçün nəzərdə tutulmayan bəzi xüsusi nəqliyyat vasitələri;

- nəqliyyat vasitələrinin bəzi hissələri;

- dəmir yolları üçün metal materiallar (06-cı sinif);

- mühərriklər, mufta və sürət qutusu elementləri (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla) (07-ci sinif)

- mühərrik hissələri (bütün növlər) (07-ci sinif)

 

13-cü sinif

Odlu silah;

döyüş sursatı və mərmilər;

partlayıcı maddələr;

fişənglər.

İzahı

Sinifə, əsasən odlu silah və pirotexnika vasitələri daxildir.

Sinfə əsasən aid deyildir:

 - kibritlər (34-cü sinif)

 

14-cü sinif

Nəcib metallar və onların xəlitələri;

zərgərlik məmulatları, bijuteriya, qiymətli daş-qaşlar;

saatlar və digər xronometrik cihazlar.

İzahı

Sinfə, əsas etibarilə nəcib metallardan düzəldilmiş zinət əşyaları və ya nəcib metal örtüklü zinət əşyaları, bijuteriya və saatlar daxildir.

Sinfə əsasən aiddir:

- nəcib metallardan və daşlardan zinət əşyaları və ya onların oxşarı;

- qalstuklar üçün zaponkalar, sancaqlar.

Sinfə əsasən aid deyildir:

- funksiya və ya təyinatına görə təsnif edilən nəcib metallardan olan zinət əşyaları, məsələn, bədii-dekorativ və bədii-mətbuatda işlədilən təbəqə və tozvari metallar (02-ci sinif);

- qızıldan olan diş amalqamları (05-ci sinif);

- bıçaq məmulatları, çəngəl, qaşıq (08-ci sinif)

- elektrik kontaktlar (09-cu sinif)

- qızıldan yazı peroları (16-cı sinif)

- dəm çaynikləri (21-ci sinif)

- gümüş və ya qızıl naxışlı məmulatlar (26-cı sinif)

- siqarlar üçün yeşiklər (34-cü sinif)

- hazırlandığı material əsasında təsnif edilən incəsənət məmulatları (nəcib metallardan hazırlananlar istisna olmaqla)

15-ci sinif

Musiqi alətləri.

İzahı

Sinfə əsasən aiddir:

- mexaniki piano və onların ləvazimatları;

- musiqili mücrülər;

- elektron və elektrik musiqi alətləri.

Sinfə əsasən aid deyildir:

- səsin yazılması, ötürülməsi, gücləndirilməsi və səsləndirilməsi üçün qurğular (09-cu sinif)

16-cı sinif

Kağız, karton və onlardan digər siniflərə aid edilməyən məmulatlar;

çap məhsulları;

cildləmə işləri üçün materiallar;

fotoşəkillər;

yazı kağızı malları;

dəftərxana və məişət məqsədləri üçün yapışqan maddələr;

rəssamlar üçün ləvazimatllar;

fırçalar;

yazı makinaları və dəftərxana ləvazimatları (mebel istisna edilməklə);

tədris materialları və əyanı vəsaitlər (aparatura istisna edilməklə);

qablaşdırma üçün plastik kütlədən hazırlanmış materiallar (digər siniflərə aid edilməyən);

şriftlər;

mətbəə klişesi.

İzahı

Sinfə, əsasən kagız, kagızdan hazırlanmış məmulatlar və dəftərxana ləvazimatları daxildir.

Sinfə əsasən aiddir:

- kağız kəsmək üçün bıçaqlar;

- surətçıxaran və çoxaldıcı apparatlar;

- vərəqlər, qablaşdırma üçün plastik torbalar və paketlər;

- kağızdan süfrə ağları.

Sinfə əsasən aid deyildir:

- kağız və kartondan olan bəzi məmulatlar;

- boyalar (02-ci sinif);

- heykəltəraşlar, rəssamlar üçün əl alətləri (məsələn, heykəltəraşlar üçün kəsici şpatellər) (08-ci sinif)

- kağızdan yataq dəyişəyi (24-cü sinif)

 

17-ci sinif

Kauçuk, rezin, quttaperça, asbest, slyuda və bu materiallardan digər siniflərə aid edilməyən məmulatlar;

qismən emal olunmuş plastik kütlələrdən məmulatlar;

kəpitkələmə, sıxlaşdırma və izolyasiya üçün materiallar;

qeyri-metal elastik borular.

İzahı

Sinfə, əsasən təbəqə, lövhə, çubuq formasında qismən emal olunmuş plastik kütlə və elektrik, istilik və səs izolyasiyalı materiallar, o cümlədən bu sinifə daxil edilmiş digər materiallar daxildir.

Sinfə əsasən aiddir:

- şinlərə yeni protektorların qoyulması üçün rezin materillar;

- rezin və ya plastikdən olan doldurma materialları;

- su səthinin çirklənməsinin qarşısını almaq  üçün üzən çəpər;

Sinfə əsasən aid deyildir:

- bu sinifə daxil edilən funksiyalarına və təyinatına uyğun təsnifatla verilmiş materiallardan hazırlanan bəzi məmulatlar.

             

18-ci sinif

Dəri və onun əvəzediciləri, onlardan digər siniflərə aid edilməyən  məmulatlar;

heyvan dəriləri;

yol sandıqları, çamadanlar;

yağış və gün çətirləri;

əsalar;

qırmanclar, qamçılar, at yəhər-qayışı və sərraclıq malları. 

 İzahı

Sinfə, əsasən dəri və onun əvəzediciləri, yol ləvazimatları və sərraclıq malları daxildir.

Sinfə əsasən aiddir:

- baqaj birkaları;

Sinfə əsasən aid deyildir:

- geyim əşyaları;

- təyinatına və funksiyasına görə təsnif edilən bəzi dəri məmulatları, dəri və heyvan dərilərinin əvəzediciləri.

 

19-cu sinif

Qeyri-metal tikinti materialları;

tikinti məqsədləri üçün qeyri-metal sərt borular;

asfalt, qatranlar və bitum;

qeyri-metal səyyar konstruksiyalar və tikililər;

qeyri-metal abidələr.

İzahı

Sinfə, əsasən qeyri- metal tikinti materiallar daxildir.

Sinfə əsasən aiddir:

- qismən emal edilmiş ağac (panellər, lövhələr, tirlər);

- faner;

- tikinti şüşəsi (döşəmə üçün plitələr, kirəmit və lövhələr);

- yollara nişan vurmaq üçün dənəvərlənmiş şüşə;

- daş və ya kərpiçdən poct qutuları.

Sinfə əsasən aid deyildir:

-Sementin konservasiyası və sukeçirməzlik əleyhinə tərkiblər (01-ci sinif);

-Çəkmə üçün qara mastikalar (03-cü sinif).

 

20-ci sinif

Mebel, güzgülər, şəkillər üçün çərçivələr və i. a.;

ağacdan, mantardan, qamışdan, qarğıdan, söyüddən, buynuzdan, sümükdən, fil sümüyündən, balina bığından, tısbağaların qınından, balıqqulaqlarından, kəhrabadan, sədəfdən, dəniz penkasından, bu materialların əvəzediciləindən və ya plastik kütlələrdən digər siniflərə aid edilməyən məmulatlar.

İzahı

Sinfə, əsasən mebel və ağacdan, mantardan, qamışdan, qarğıdan, söyüddən, buynuzdan, sümükdən, fil sümüyündən, balina bığından, tısbağaların qınından, balıqqulaqlarından, kəhrabadan, sədəfdən, dəniz penkasından, bu materialların əvəzediciləindən və ya plastik kütlələrdən hazırlanmış hissələri daxildir.

Sinfə əsasən aiddir:

- kempinqlər üçün mebel və metal mebel;

- yataq ləvazimatları (döşəklər, yaylı döşəklər, balışlar);

- tualetlər və mebellər üçün güzgülər;

- qeydiyyat nömrələri olan qeyri-metal lövhələr;

- poçt qutuları (dəmirdən və daşdan hazırlananlnr istisna olmaqla).

Sinfə əsasən aid deyildir:

- funksiyasına və təyinatına görə təsnif edilən bəzi xüsusi güzgü növləri;

- funksiyasına və təyinatına görə təsnif edilən ağacdan, mantardan, qamışdan, qarğıdan, söyüddən, buynuzdan, sümükdən, fil sümüyündən, balina bığından, tısbağaların qınından, balıqqulaqlarından, kəhrabadan, sədəfdən, dəniz penkasından, bu materialların əvəzedicilərindən və ya plastik kütlələrdən olan məmulatlar;

- laboratoriya üçün xüsusi mebel (09-cu sinif);

- tibbi məqsədlər üçün xüsusi mebel;

- yataq dəyişəyi (24-cü sinif);

- Sırıqlı pərgu yorğanlar (24-cü sinif)

 

21-ci sinif

Ev və ya mətbəx əşyaları və qab-qacaq;

daraqlar və süngərlər;

şotkalar (fırçalar istisna edilməklə);

şotka məmulatları üçün materiallar;

təmizlik və yır-yığış üçün ləvazimatlar;

metal liflər;

emal olunmamış və ya qismən emal olunmuş şüşə (tikinti şüşəsi istisna olunmaqla);

şüşə, çini və saxsıdan digər siniflərə aid edilməyən məmulatlar.

İzahı

 Sinfə,sasənəllə hərəkətə gətirilən kiçik ölçülü ev və ya mətbəx ləvazimatları, qurğuları və avadanlığı, həmçinin tualet ləvazimatları, şüşə və farfor məmulatları daxildir

 Sinfə əsasən aiddir:

- ev və mətbəx əşyaları və qab-qacaqlar, misal üçün dəmirdən, plastikdən, alüminiumdan və digər materiallardan olan mətbəx qab-qacağı, vedrələr, ləyənlər;

- doğrama, xırdalama və sıxma üçün əllə hərəkətə gətirilən kiçik ölçülü ev və ya mətbəx qurğuları və ləvazimatlar;

- elektrik daraqları;

- elektrik diş fırçalararı;

- nəlbəki və qrafinlər üçün məcməyilər.

Sinfə əsasən aid deyildir:

- funksiyasına və təyinatına görə təsnif edilən bəzi şüşə, çini və saxsıdan olan məmulatlar;

- təmizləmə üçün vasitələr, sabunlar və s. (03-cü sinif);

- doğrama, xırdalama və sıxma üçün elektriklə hərəkətə gətirilən kiçik ölçülü ev və ya mətbəx qurğuları və ləvazimatlar;

- ülgüclər, üz qırxmaq üçün qurğular, saç və dırnaq kəsmək üçün əl maşınları, manikür və pedikür üçün metal alətlər və ləvazimatlar;

- qida məhsullarının elektroistilik emalı üçün qurğular və qablar;

- tualet güzgüləri.

 

22-ci sinif

Digər siniflərə aid edilməyən kanatlar, kəndirlər, ciyələr;

torlar;

çadırlar, talvarlar, brezentlər;

yelkənlər;

kisələr;

doldurma materialları (rezin və plastik materiallardan olanlar istisna olunmaqla);

lifli toxuculuq xammalı.

İzahı

Sinfə, əsasən parça və parusin materiallar, kanat və kəndir məmulatları, doldurma materialları və lifli toxuculuq xammalı daxildir.

Sinfə əsasən aiddir:

 - plastik və yaxud kağızdan təbii və ya süni toxuculuq liflərindən kanatlar, kəndirlər, çiyələr və iplər;

- malların daşınması və saxlanılması üçün torbalar.

Sinfə əsasən aid deyildir:

 - bəzi torlar və xüsusi torbalar;

- musiqi alətləri üçün simlər (15-ci sinif);

- rezin və ya plastikdən, kağız və ya kartondan doldurma materialları;

- geyim üçün parusin.

 

23-cü sinif

Toxuculuq sapları və iplik.


24-cü sinif

Parçalar və onların əvəzediciləri;

yataq örtükləri və süfrələr;

adyallar.

İzahı

Sinfə, əsasən parçalar, yataq örtükləri və süfrələr, adyallar daxildir.

Sinfə əsasən aiddir:

 - ev üçün ağlar;

- kağız yataq dəyişəyi.

Sinfə əsasən aid deyildir:

 - bəzi xüsusi parçalar;

- tibbi məqsədlər üçün qızdırıcı adyallar (10-cu sinif);

- qeyri- tibbi məqsədlər üçün qızdırıcı adyallar (11-ci sinif)l;

- kağız yemək süfrələri (16-cı sinif);

- atlar üçün çullar (18-ci sinif).

 

25-ci sinif

Geyim, ayaqqabı və baş geyimləri.

İzahı

Sinfə əsasən aid deyildir:

- bəzi xüsusi geyim və ayaqqabı növləri.

26-cı sinif

Krujeva və bədii tikmələr, tesma (naxışlı lentlər) və lentlər;

düymələr, basma düymələr, qarmaqlar və qarqarlar, sancaqlar və iynələr;      

süni güllər.

İzahı

Sinfə, əsasən qalantereya və bafta məmulatları daxildir.

Sinfə əsasən aiddir:

- zəncirbəndlər (“molniya” tipli yaxa bağlayan).

Sinfə əsasən aid deyildir:

- bəzi xüsusi qarmaqlar;

- bəzi xüsusi iynələr;

- toxuculuq sapları və ipləri (23-cü sinif).

 

27-ci sinif

Xalçalar, həsirlər, ayaqaltılar, linoleum və döşəmə üçün digər örtüklər;

toxuma olmayan divar kağızları və üzlük materiallar (tekstil olmayan)

İzahı

- Hazır döşəmə və ya divarların örtülməsi üçün nəzərdə tutulan məmulatlar

Sinfə əsasən aiddir:

- taxta döşəmələr (19-cu sinif).

 

28-ci sinif

Oyunlar, oyuncaqlar;

digər siniflərə aid edilməyən gimnastika və idman malları;

yolka bəzəkləri.

İzahı

Sinfə əsasən aiddir:

- ayrıca ekran və ya monitorların istifadəsi ilə əyləncə və oyunlar üçün qurğular;

- balıq ovu ləvazimatı;

- idman və müxtəlif oyunlar üçün avadanlıq

Sinfə əsasən aid deyildir:

- bəzi idman və qimnastika ləvazimatları;

- dalğıclar üçün ləvazimatlar (9-cu sinif);

- yeni il şənliyi üçün elektrik lampaları(11-ci sinif);

- balıqçı torları (22-ci sinif);

- idman və gimnastika üçün geyimlər (25-ci sinif);

- yeni il yolkalarının bəzədilməsi üçün şokolad və şirniyyatlar (30-cu sinif).

 

29-cu sinif

Ət, balıq, quş və ov quşu əti;

ət ekstraktları;

konservləşdirilmiş, quruldulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr;

jele, mürəbbə, kompotlar;

yumurta;

süd və süd məhsulları;

yağlar və qida piyləri.

İzahı

Sinfə, əsasən heyvan mənşəli ərzaq məhsulları, həmçinin konservləşdirilmiş və ya istifadə üçün hazırlanmış bağ-bostan və tərəvəz məhsulları daxildir.

Sinfə əsasən aiddir:

- süd komponentlərinin üstünlük təşkil etdiyi südlü içkilər;

Sinfə əsasən aid deyildir:

- bəzi bitki mənşəli qida məhsulları;

- uşaq qidası (05-ci sinif);

- pəhriz qidası və tibbi məqsədlər üçün maddələr (05-ci sinif);

- qida əlavələri (05-ci sinif);

- salat üçün ədviyyatlar (30-cu sinif);

- mayalı yumurtalar (31-ci sinif);

- heyvanlar üçün yem (31-ci sinif);

- diri heyvanlar (31-ci sinif).

 

30-cu sinif

Qəhvə, çay, kakao və qəhvə əvəzediciləri;

düyü;

tapioka (manioka) və saqo;

un və taxıl məhsulları;

çörək-bulka məmulatları, qənnadı məmulatları;

dondurma;

qənd, bal, patokadan sirop;

maya, çörəkçilik tozları;

duz;

xardal;

sirkə, ədviyyatlar (yemək üçün);

ədviyyatlar (qənnadı məmulatları üçün);

buz.

İzahı

Sinfə, əsasən qida məhsullarının konservləşdirilməsi və istifadə üçün hazırlanmış bitki mənşəli qida məhsulları, həmçinin qida məhsullarının dadverici xüsusiyyətlərinin yaxşılaşdırılması üçün nəzərdə tutulan əlavə qatqılar daxildir.

Sinfə əsasən aiddir:

- qəhvə, kakao, şokolad və ya çay əsaslı içkilər;

- hazır dənli məhsullar (məsələn, yulaf lopaları və ya digər dənli bitkilər).

Sinfə əsasən aid deyildir:

- bəzi bitki mənşəli qida məhsulları;

- konservləşdirmə üçün duz (xörək duzu istisna olmaqla) (01-ci sinif);

- dərman cövhərləri, uşaq qidası və tibbi məqsədlər üçün maddələr (05-ci sinif);

- uşaq qidası (05-ci sinif);

- qida əlavələri (05-ci sinif);

- təmizlənməmiş taxıl məhsulları (31-ci sinif);

- heyvanlar üçün yemlər (31-ci sinif).

 

31-ci sinif

Digər siniflərə aid edilməyən taxıl və kənd təsərrüfatı, bağ-bostan, meşə  məhsulları;

emal olunmamış və ya emal olunmuş dənli bitkilər və toxumlar;

diri heyvanlar;

təzə meyvələr və tərəvəzlər;

canlı bitkilər və güllər;

heyvanlar üçün yemlər;

səməni.

İzahı

Sinfə, əsasən heyvanlar üçün yemlər, istehlak üçün heç bir  emala uğradılmamış diri heyvanlar və canlı bitkilər, meşə və kənd təsərrüfatı məhsulları

Sinfə əsasən aiddir:

- emal olunmamış ağaclar;

- təmizlənməmiş taxıl məhsulları;

- mayalı yumurta (cücə çıxartmaq üçün);

- canlı molyuskalar və xərcəngvarilər.

Sinfə əsasən aid deyildir:

- tibbi məqsədlər üçün zəli və mikroorqanizmlərin kulturaları (05-ci sinif);

- heyvanlar üçün qida əlavələri (05-ci sinif);

- qismən emal edilmiş ağac (19-cu sinif);

- balıq ovu üçün süni tələ yem­lə­ri (28-ci sinif);

- düyü (30-cu sinif);

- tütün (34-cü sinif).

 

32-ci sinif

Pivələr;

mineral və qazlı sular və digər alkoqolsuz içkilər;

meyvəli içkilər və meyvə şirələri;

siroplar və içkilərin  hazırlanması üçün digər tərkiblər.

İzahı

Sinfə, əsasən alkoqolsuz içkilər və pivə daxildir.

Sinfə əsasən aiddir:

- tərkibində az miqdarda alkoqol olan içkilər;

Sinfə əsasən aid deyildir:

- tibbi məqsədlər üçün içkilər (05-ci sinif);

- süd komponentlərinin üstünlük təşkil etdiyi südlü içkilər (29-cu sinif);

- qəhvə, kakao, şokolad və ya çay əsaslı içkilər (30-cu sinif).

 

33-cü sinif

Alkoqollu içkilər (pivə istisna olmaqla).

İzahı

Sinfə əsasən aiddir:

- miksturalar, dərman içkiləri (05-ci sinif);

- tərkibində az miqdarda olan alkoqollu içkilər (32-ci sinif).

 

34-cü sinif

Tütün;

papiros çəkmək üçün ləvazimatlar;

kibrit.

İzahı

Sinfə əsasən aiddir:

- tütün əvəzediciləri (tibbi məqsədlər üçün nəzərdə tutulmuşlar istisna olmaqla)

Sinfə əsasən aid deyildir:

- tibbi məqsədlər üçün tərkibində tütün olmayan siqaretlər (05-ci sinif).

 

Xidmətlər

35-ci sinif

Reklam;

biznes sahəsində menecment;

biznes sahəsində inzibati fəaliyyət;

ofis xidməti.

İzahı

Sinfə, əsasən əsas məqsədləri aşağadakılar olan şəxslər və ya təşkilatlar tərəfindən göstərilən xidmətlər daxil edilir:

- kommersiya müəssisələrinin istismarında və ya idarə edilməsində kömək;

- sənaye və ya ticarət müəssisələrində işlərin idarə edilməsi və ya kommersiya fəaliyyətində kömək;

- başlıca olaraq istehlakçı ilə əlaqə yaratmaq, onları məlumatlandırmaq və yaxud müxtəlif mal və xidmətlərin növləri haqqında istənilən informasiya vasitələrinin köməyi ilə reklam müəssisələri tərəfindən elanların verilməsi xidmətləri.

Sinfə əsasən aiddir:

-üçüncü şəxslər üçün müx­təlif malların toplanması (onların nəql edilməsi nə­zər­də tutulmadan) və yerləşdirilməsi istehlakçılar tərəfindən rahat öyrənilməsi və əldə olunması. Bu xidmətlər pərakəndə və topdansatış mağazaları, poçt satış kata­loq­ları, elektron vasitələri,  məsələn, tele-mağazalar və ya internet saytları tərəfindən həyata keçirilə bilər; 

- qeydiyyat, yazışma, tərtibetmə, yazılı məlumatların və qeydlərin toplanması və ya sistemləşdirilməsi, eləcə də riyazi və statistik  məlumatların istifadəsi və ya toplanması üzrə xidmətlər;

- reklam agentlikləri xidmətləri, eləcə də prospekt və ya nümunələrin vacitəçisiz və ya poçt vasitəsi ilə yayılması xidmətləri. Bu sinifə digər reklam xidmətlərini də aid etmək olar, məsələn,  bank istiqrazları, o cümlədən radioreklamları.

Sinfə əsasən aid deyildir:

- Sənaye və ticarət müəssisələrinin istismarı və idarə edilməsi ilə birbaşa bağlılığı olmayan mühəndis-texniki hesabatların tərtibi və qiymətləndirilməsi  üzrə xidmətlər.


36-cı sinif

Sığortalama;

maliyyə fəaliyyəti;

kredit-pul əməliyyatları;

daşınmaz əmlakla əməliyyatlar.

İzahı

Sinfə əsasən, pul-maliyyə əmə­liy­yatları üzrə  xidmətlər və sığorta müqavilələrinə dair bütün xidmətlər daxildir.

Sinfə əsasən aiddir:

- pul-maliyyə əmə­liy­yatları xidmətləri, xüsusilə:

(a) bütün bank və onlarla əlaqədar müəssisələrin xidmətləri, mübadilə məntəqələri və ya  hesablama palataları kimi;

(b) kredit müəssisələri xidmətləri, bank, kooperativ kredit birliyi, müstəqil maliyyə kompaniyaları, kreditorlardan başqa;   

(c) investisiya və holdinq şirkətləri xidmətləri;

(d) qiymətli kağızlar və əmlak məsələlərinə aid müqavilələrin bağlanması üzrə vasitəçilik xidmətləri;

(e) etibarlı şəxslər  tərəfindən pul əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı xidmətlər;

(f) yol qəbzlərinin və akkreditlərin verilməsi ilə bağlı göstərilən xidmətlər;

- maliyyə lizinqi;

- daşınmaz əmlak üzrə inzibati xidmətlər, yəni icarəyə verilmə, daşınmaz əmlakın qiymətləndirilməsi və ya maliyyələşdirmə;

- sığorta ilə bağlı xidmətlər, sığorta cəmiyyətləri agentləri və ya sığorta üzrə vasitəçilər, sığortaçılar və sığorta müqavilələrinin imzalanması ilə bağlı xidmətlər.

 

37-ci sinif

İnşaat;

təmir;

avadanlığın quraşdırılması.

İzahı

Sinfə podratçı və subpodratçılar tərəfindən binaların əsaslı tikinti və hazırlıq işlərinin görülməsi, eyni zamanda fərdi şəxslərin və ya təşkilatların obyektlərin ilkin halına gətirilməsi üçün bərpa xidmətləri, yaxud fiziki və kimyəvi xassələrini dəyişmədən onların qorunması xidmətləri daxildir.

Sinfə əsasən aiddir:

- binaların, yolların, körpülərin, bəndlərin və ya ötürücü xətlərin tikintisinə aid olan xidmətlər, həmçinin inşaat işləri sahəsində ixtisaslaşmış müəssisələrin rəngsazlıq, su xətlərinin çəkilməsi və ya istilik sistemlərinin quraşdırılması işləri üzrə xidmətləri;

- tikinti layihələrinin yoxlanılması üzrə yardımçı xidmətlər;

- üzən vasitələrin tikintisi üzrə xidmətlər;

- tikinti avadanlıqlarının və ya materiallarının kirayəyə verilməsi üzrə xidmətlər;

- söküntüdən, qismən zədələnmədən, qəza və dağıntıdan sonra bərpa işlərinə cəlb olunmuş istənilən obyektin (yararsız hala düşmüş binaların ilkin halında bərpası) təmiri üzrə xidmətlər;

- elektrik xətlərinin, mebellərin, avadanlıqların, alətlərin, inventarların və başqa bu kimi təmir işləri üzrə xidmətlər;

- obyektlərin ilkin vəziyyətinə uyğun olaraq hər hansı xassəsinin dəyişilmədən saxlanılması üzrə (bu siniflə 40-cı sinif arasında olan fərqin aydınlaşdırılması üçün bax sinif 40-a) xidmətlər.

Sinfə əsasən aid deyildir:

-  malların saxlanılması, geyim və ya nəqliyyat vasitələri üzrə xidmətlər (39-cu sinif);

- parçaların və paltarların boyanması üzrə xidmətlər (40-cı sinif).


38-ci sinif

Telekommunikasiyalar.

İzahı

Sinfə, əsasən, sensor vasitələrinin köməyi ilə ən azı, bir insanın digəri ilə əlaqə yaratmasına imkan verən xidmətlər daxildir. Belə xidmətlər imkan verir:

(1) bir insanla digər insanın danışmasına;

(2) bir insanın digərinə məlumat ötürməsinə;

(3) bir insanın digəri ilə (radio və televiziya) şifahi və vizual kommunikasiya ilə əlaqə yaratmasına.

Sinfə əsasən aiddir:

- xidmətlər, əslində, radio və ya televiziya proqramlarına aiddir.

Sinfə əsasən aid deyildir:

- radioreklam üzrə xidmətlər;

- telefon marketinq (telemarketinq)  xidmətləri (35-ci sinif).

39-cu sinif

Nəqletmə;

malların qablaşdırılması və saxlanılması;

səyahətlərin təşkili

İzahı

Sinfə, əsasən, insan, heyvan və ya malların bir yerdən başqa  yerə daşınması (su yolu, dəmiryolu, avtomobil, hava nəqliyyatı və boru kəməri) və bu cür daşınma ilə bağlı xidmətlər, həmçinin,  malların xarab olmasının, zədələnməsinin, oğurlanmasının qarşısını almaq üçün anbarlarda və ya başqa yerlərdə saxlanılması üzrə xidmətlər.

Sinfə əsasən aiddir:

- stansiyalara, körpülərə, dəmiryolu platformalarına və buna oxşar nəqliyyat vasitələrinə sahib olan şirkətlərin göstərdikləri xidmətlər;

- nəqliyyat vasitələrinin icarəyə verilməsi ilə bağlı xidmətlər;

- gəmilərin yedəyə alınması, boşaldılması, limanda görülən işlər, körpülər, qəzaya uğramış  gəmilərin və onların yüklərinin xilası ilə bağlı göstərilən xidmətlər;

- yola salınmazdan əvvəl malların qablaşdırılması üzrə xidmətlər;

- turizm agentliklərinin və ya vasitəçilərin səfərlər, səyahətlər, gəzintilər və ya  mal daşımaları, eləcə də qiymət tarifləri, gediş-gəliş cədvəlləri və daşıma üsulları barədə məlumatların verilməsi üzrə informasiya xidmətləri;

- daşınmadan əvvəl malların və nəqliyyat vasitələrinin yoxlanılmasına aid xidmətlər.

Sinfə əsasən aid deyildir:

- nəqliyyat vasitəsi ilə reklam xidmətləri – bu, prospektlərin yayılmasına və ya radioreklamlara da aiddir (35-ci sinif);

- yol çeklərinin və akkreditivlərin verilməsi ilə bağlı səyahət agentlikləri və ya vasitəçilər tərəfindən göstərilən xidmətlər (36-cı sinif).

40-cı sinif

Materialların emalı.

  İzahı

 Üçüncü şəxslər tərəfindən sifariş edilmiş obyektlərin mexaniki və kimyəvi emalı və yenidən emalı, obyektlərin və üzvi və ya qeyri-üzvi maddələrin hazırlanması və ya yenidən qurulması üzrə, əsasən, digər siniflərə aid edilməyən xidmətlər;

Xidmətlərin təsnifatlandırılması məqsədi ilə malların istehsalı və ya emalı üzrə fəaliyyət o halda xidmətin keyfiyyəti baxımından qiymətləndirilir ki, əgər üçüncü şəxsin tələbi və onun spesifikasiyasına uyğun olaraq həyata keçirilsin; 

Əgər məhsulların emalı və ya yenidənemalı sifarişçinin xüsusi ehtiyacları, tələbləri və ya spesifikasiyası çərçivəsində reallaşdırılmalı olan sifariş üzrə həyata keçirilmirsə, onda bir qayda olaraq, belə fəaliyyət icraçının kommersiya fəaliyyətində və ya ticarət məhsullarının alqı-satqısında yardımçısı iş xarakteri daşıyır.

Əgər stehsal olunan maddə və ya məhsul üçüncü şəxsə satılırsa, emal,  yenidənemal və ya istehsal edənin bu fəaliyyəti xidmət sayılmır.

Sinfə əsasən aiddir:

-istənilən əşya və ya maddənin dəyişdirilməsi və yenidən emalı ilə bağlı xidmətlər, onların texniki xidmət baxımından əsas xüsusiyyətlərinin (məsələn, paltarların boyanması) və xarici görünüşünün (məsələn, avtomobillərin bamperinin xromlanması) dəyişməsinə gətirib çıxarırsa, onlar adətən 37-ci sinifə aid edilməsinə baxmayaraq, bu halda 40-cı sinifdə təsnif olunurlar;

-hər hansı maddə və ya əşyanın hazırlanması (tikinti obyektləri istisna olmaqla)  zamanı, məsələn, kəsməyə, qəlibləməyə, cilalamaya aid materiallar, abraziv materiallar və ya metal örtüklərin emalı üzrə xidmətlər.

- üçüncü şəxslərin sorğusuna və spesifikasiyasına əsasən məhsulun sifarişlə hazırlanması (bəzi idarələr məmulatların istehsalçısından göstəriş tələb edir), məsələn, avtomobilin sifarişlə istehsalı.

Sinfə əsasən aid deyildir:

 - təmir üzrə xidmətlər (37-ci sinif);

- bəzi sifarişli xidmətlər, məsələn, avtomobilin (37-ci sinif) rənglənməsi üzrə xidmətlər.

 

41-ci sinif

Tərbiyəetmə;

tədris prosesinin təmin edilməsi;

əyləncələr;

idman və mədəni-maarif tədbirlərinin təşkili.

İzahı

 Sinfə, əsasən, ayrı-ayrı şəxslərin və ya təşkilatların, eləcə də insanların əqli qabiliyyətlərinin inkişafı üzrə xidmətlər, insanların dincəlməsi və ya asudə vaxtlarının təşkili üçün nəzərdə tutulmuş xidmətlər və ya heyvanların təlim xidmətləri daxildir.

Sinfə əsasən aiddir:

- insanların təhsil və tərbiyə formalarının bütün növləri və ya heyvanların təlimi üzrə xidmətlər;

- İnsanların istirahət və əyləncələrinin təşkili üzrə xidmətlər;

- kütlələrə mədəni və ya tərbiyə məqsədi ilə ədəbiyyat əsərlərinin və ya plastik incəsənət əsərlərinin təqdim edilməsi üzrə xidmətlər.

 

42-ci sinif

Elmi və texnoloji xidmətlər, onlara aud olan elmi tədqiqatlar və işləmələr;

sənaye analizi və elmi tədqiqatlar üzrə  xidmətlər;

kompüterlərin texniki və proqram təminatının işlənilməsi və təkmilləşdirilməsi.

İzahı

  Sinfə, əsasən, fiziki şəxslər tərəfindən fərdi və ya kollektiv şəkildə mürəkkəb fəaliyyət sahələrinin nəzəri və praktik aspektlərinə dair göstərilən xidmətlər daxildir. Belə xidmətlər kimya, fizika, texnika və proqramlaşdırma sahəsinin mütəxəssisləri tərəfindən təqdim olunur.

Sinfə əsasən aiddir:

- elmi-tədqiqat və texnoloji sahələr üzrə (texnologiya sahəsində məsləhətləşmələr daxil olmaqla) hesabatların tədqiqi və tərtibi, hesablamalar və qiymətləndirilməsini təmin edən mühəndis və alimlərin xidmətləri; 

- tibbi məqsədlər üçün elmi-tədqiqat xidmətləri.

Sinfə əsasən aid deyildir:

 

- kommersiya əməliyyatları sahəsində tədqiqat və qiymətləndirmə (35-ci sinif);

- kompüter fayllarının idarə edilməsi və mətnin işlənməsi üzrə xidmətlər (35-ci sinif);

- maliyyə və vergi qiymətləndirməsi (36-cı sinif);

- faydalı qazıntı hasilatı (37-ci sinif);

- kompüterlərin quraşdırılması, təmiri və qulluq edilməsi üzrə xidmətlər (37-ci sinif);

- tibb həkimləri, baytarlar, psixoanalitiklər kimi peşəkarların göstərdikləri xidmətlər (44-cü sinif);

- tibbi xidmət (44-cü sinif);

- bağçılıq sahəsində dizayn (44-cü sinif);

- hüquqi xidmətlər (45-ci sinif);

 

43-cü  sinif

Ərzaq məhsulları və içkilərlə təminetmə üzrə xidmətlər;

müvəqqəti yaşayışın təmin edilməsi.

İzahı

 Sinfə, əsasən, mehmanxanalarda, pansionatlarda və ya digər müəssisələrdə  fiziki şəxslər və  müəssisələr tərəfindən ərzaq məhsullarının və içkilərin istifadə üçün hazırlanması, müvəqqəti yaşayış yeri və qidalarla təminetmə üzrə göstərilən xidmətlər daxildir.

Sinfə əsasən aiddir:

- əsasən, səyahətçilərin yaşaması üçün turizm agentlikləri və yaxud agentlər vasitəsilə yerlərin bronlaşdırılması üzrə xidmətlər;

- heyvanlar üçün pansionatlar.

Sinfə əsasən aid deyildir:

 - daimi istufadə üçün evlərin və mənzillərin icarəyə verilməsi və bu kimi daşınmaz əmlak əməliyyatları üzrə xidmətlər (36-cı sinif);

- turist agentlikləri tərəfindən səyahətlərin təşkili (39-cu sinif);

- qida məhsulları və içkilərin konservləşdirilməsi üzrə xidmətlər (40-cı sinif);

- diskotekalar üzrə xidmətlər (41-ci sinif);

- pansionatlar (internat -məktəblər) (41-ci sinif);

- istirahət evləri və sanatoriyalar (44-cü sinif);

 

44-cü sinif

Tibbi xidmətlər;

baytarlıq xidmətləri;

insanlar və heyvanlar üçün gigiyena və kosmetika sahəsində xidmətlər;

kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsində xidmətlər.

İzahı

 Sinfə, əsasən, gigiyena və kosmetika sahəsində fiziki şəxslər və müəssisələr tərəfindən insanlara və heyvanlara göstərilən tibbi qulluq xə xidmətlər; kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsinə aid xidmətlər daxildir

 Sinfə əsasən aiddir:

- insanların müalicəsi ilə bağlı tibbi analiz sahəsində xidmətlər (rentgenoloji müayinə və qan analizi kimi);

- süni mayalanma üzrə xidmətlər;

- əczaçılıq məsləhətləri;

- heyvanların artırılması;

- bağ bitkilərinin becərilməsi sahəsinə aid olan xidmətlər;

- bağ dizaynı və çiçəklərdən kompozisiya tərtibi üzrə xidmətlər;

Sinfə əsasən aid deyildir:

 - parazitlərin məhv edilməsi (kənd təsərrüfatı, bostançılıq və meşəçilik istisna olmaqla) (37-ci sinif);

- irriqasiya sistemlərinin quraşdırılması və təmiri üzrə xidmətlər (37-ci sinif);

- sanitar nəqliyyatı  xidmətləri (39-cu sinif);

- mal-qara kəsimi və müqəvvaların hazırlanması (40-cı sinif);

- meşələrin doğranması, qol-budağının təmizlənməsi və mişarlanması (40-cı sinif);

- heyvanların təlimi (41-ci sinif);

- sağlamlıq klubları (41-ci sinif);

- tibbi məqsədlər üçün elmi-tədqiqatlar (42-ci sinif);

- heyvanlar üçün pansionatlar (43-cü sinif);

- ahıllar üçün istirahət evləri (43-cü sinif).

 

45-ci sinif

Hüquqi xidmətlər;

əmlakın və fərdi şəxslərin müdafiəsi üçün təhlükəsizlik xidmətləri;

fərdi şəxslərin tələbatlarının təmin edilməsi üçün başqaları tərəfindən göstərilən şəxsi və sosial xidmətlər.

İzahı

  Sinfə əsasən aiddir:

- fiziki və hüquqi şəxslərin təhlükəsizliyinə aid olan müşahidə və araşdırma üzrə xidmətlər;

- ictimai tədbirlərlə əlaqədar, o cümlədən müşayiətetmə, nikah agentlikləri, dəfn mərasiminin təşkili və keçirilməsi üzrə fərdi şəxslər tərəfindən göstərilən xidmətlər;

- mütəxəssislər və vəkillər tərəfindən ayrı-ayrı şəxslərə və ya qruplara, müəssisələrə və ya təşkilatlara göstərilən hüquqi xidmətlər.

Sinfə əsasən aid deyildir:

- kommersiya müəssisələrinin öz funksiyalarını yerinə yetirməsi və müxtəlif əməliyyatlar həyata keçirməsi zamanı birbaşa yardım göstərilməsi üzrə peşəkar xidmətlər (35-ci sinif);

- maliyyə və ya pul sövdələşmələrinə, sığorta xidmətlərinə aid göstərilən xidmətlər (36-cı sinif);

- səyyahların müşayiət olunması (39-cu sinif);

- mühafizə olunan nəqliyyatla daşınma (39-cu sinif);

- təhsilin bütün formaları daxil olmaqla, insanların maariflənməsi üzrə xidmətlər (41-ci sinif);

- müğənnilərin və rəqqasların çıxışları (41-ci sinif);

- proqram təminatının qorunması ilə bağlı informasiya xidmətləri (42-ci sinif):

- vasitəçilər tərəfindən insanlara və heyvanlara tibbi sahədə göstərilən qulluq, gigiyena və kosmetika üzrə xidmətlər (44-cü sinif);

- icarəyə vermə ilə bağlı bəzi xidmətlər (bax: giriş, xidmətlər təsnifatına aid olan ümumi qeydlər - b bəndi).




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by