ŞƏXSİ KABİNET

Sənaye nümunələri haqqında bilmək istədikləriniz


Hər bir müəssisə öz sənaye nümunəsini digər məlum analoqlardan fərqləndirmək üçün müxtəlif yeniliklər edir. Yaradılan sənaye nümunəsini digər sahibkarlar tərəfindən mənimsənilməməsi üçün mühafizə etdirmək vacib məsələlərdən birinə çevrilir. Buna görə də sənaye nümunəsinin sahibi onu mühafizə etmək üçün əqli mülkiyyət idarəsində qeydiyyatdan keçirməlidir ki, bu da öz növbəsində ona sənaye nümunəsinin digər şəxslər tərəfindən təqlid edilməsinin qarşısının alınmasına müstəsna hüquq verir. Beləliklə biznesin  rəqabət qabliiyyəti artır və gəlir səviyyəsi yüksəlir.

  •  Sənaye nümunəsi nədir?

          Sənaye nümunələri - müxtəlif məmulatların xarici görünüşünü yaradan dizaynerlərin yaradıcılığının nəticəsidir. Məmulatın zahiri görkəmini müəyyən edən bədii konstruktor həllər sənaye nümunəsi olaraq mühafizə olunur. Belə ki, avtomobillərin, saatların, mebellərin, geyimlərin, zərgərlik məmulatlarının və digər məmulatların xarici gürünüşləri sənaye nümunəsi kimi mühafizə oluna bilər.

  •  Sənaye nümunəsinin aşağıdakı növləri var:

- həcmi sənaye nümunəsi (məhsulun forması);

- müstəvi sənaye nümunəsi (ornament, şəkil, konturlar, xətlər və məhsulun rəngi)

- bir və ya bir neçə həcmi və ya müstəvi sənaye nümunəsinin birləşməsi olan qarışıq sənaye nümunələri.

  •  Patent qabliyyətli olması üçün sənaye nümunəsi yeni və orijinal olmalıdır.

Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin uzlaşması) onun ilkinlik tarixinə qədər mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab edilir.

Mühüm əlamətləri özünün estetik xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye nümunəsi orijinal hesab edilir.

  •  Patent haqqında Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir:

 -Məmulatın yalnız texniki funksiyası ilə şərtlənən  texniki həllər;

 -Memarlıq obyektləri (kiçik memarlıq formaları istisna olmaqla);

 -Sənaye, hidrotexniki və digər stasionar qurğular;

 -Çap məhsulları;

 -Maye,qaz,toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər;

 -İctimai mənafeyə,humanistliyə və əxlaqa zidd olan məmulatlar

Sənaye nümunəsi Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alındıqdan sonra ona verilən patent - sənaye nümunəsinin ilkinliyini, müəllifini və ona müstəsna hüquqları müəyyən edir. Hər hansı bir ölkədə alınan patent yalniz o ölkə ərazisində qüvvədədir. Patent sahibinin razılığı olmadan müvafiq sənaye nümunəsindən heç bir şəxs istifadə edə bilməz.




Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by