ŞƏXSİ KABİNET

Əmtəə nişanı nədir və onun qeydiyyatı nə üçün vacibdir?


ƏMTƏƏ NİŞANI - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

  • qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər;
  • qeydiyyata alınmış əmtəə nişanı sahibinə bir istehsalçının həmcins olan əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur;
  • qeydiyyat sizi qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi  və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı sizin xeyrinizə qərar çıxarmağa kömək edir;
  • qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı onu saxta məhsuldan ayırmağa da yardımçı olur;
  • əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verməklə öz iqtisadi durumunu yüksəldə bilir.



Mərkəz haqqında





Ünvan: AZ1009 Bakı səhəri, Mirzə Ibrahimov küçəsi-53, 422-ci məhəllə (Xarici İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71 FAX: 594-37-75

2018 © Patent və Əmtəə Nişanları Mərkəzi
site by